Azərbaycanın rəqəmsal inkişafı müzakirə olundu

02.07.2026

Azərbaycanın rəqəmsal inkişafı müzakirə olundu

02.07.2026

29–30 iyun tarixlərində İRİA və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin birgə təşkilatçılığı ilə “Rəqəmsal hökumətin inkişafı” mövzusunda görüş keçirilib. İki gün davam edən tədbirdə dövlət qurumları, özəl sektor və beynəlxalq ekspertlər bir araya gələrək rəqəmsal transformasiya, süni intellektə hazırlıq, kibertəhlükəsizlik, vətəndaşyönümlü rəqəmsal xidmətlər və gələcək inkişaf prioritetləri ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirdə Elm və Təhsil Nazirliyini Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təmsil edib və rəqəmsal təhsil ekosisteminin inkişafı istiqamətində görülən işlər və perspektivlər üzrə müzakirələrdə iştirak edib.

Tədbirin əsas məqsədi Azərbaycanın rəqəmsal hökumət sahəsində əldə olunan nailiyyətləri dəyərləndirmək, qurumlararası əməkdaşlığı gücləndirmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək olub.

 

Azərbaycanın rəqəmsal inkişafı müzakirə olundu
Azərbaycanın rəqəmsal inkişafı müzakirə olundu