Ümumtəhsil müəssisələrinin inzibati heyəti üçün yeni dəstək xətti yaradılıb

11.11.2026

Ümumtəhsil müəssisələrinin inzibati heyəti üçün yeni dəstək xətti yaradılıb

11.11.2026

Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinin inzibati heyət üzvlərinin  müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə dəstək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib.

Dəstək xətti vasitəsilə ümumtəhsil müəssisələrinin rəhbərləri müəssisələrinin texniki məsələləri və elektron jurnalın istifadəsi ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.

       Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək:


       1.  Ümumtəhsil müəssisələrinin  internet bağlantısının təmin edilməsi;

       2. Elektron jurnaldan istifadə ilə bağlı yaranan sual və çətinliklər;

       3. Ümumtəhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər.


Yeni dəstək mexanizminin yaradılmasında məqsəd məktəblərin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları çətinliklərin operativ həllinə dəstək göstərməkdir.

 

Ümumtəhsil müəssisələrinin inzibati heyəti üçün yeni dəstək xətti yaradılıb